Xəzər Xəbər

Maaş və pensiya alanlara SEVİNDİRİCİ XƏBƏR - Bundan sonra…

Gündəm | 1,523 | 18:55 • 18 Oktyabr 2021
Maaş və pensiya alanlara SEVİNDİRİCİ XƏBƏR - Bundan sonra…

“2022-ci ildə maaş və pensiyaların artırılması prioritet məsələlərdəndir”.

XəzərXəbər xəbər verir ki, bu barədə iqtisadçı ekspert, Millət vəkili Vüqar Bayramov baku.ws-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, gələn ilin Dövlət Büdcəsi layihəsində, eləcə də Maliyyə Nazirliyi tərəfindən təqdim olunan ilkin göstəricilərdə də orta əmək haqqının və digər sosial ödənişlərin artırılması nəzərdə tutulur.

“Cənab Prezident tərəfindən sosial təminat sisteminin gücləndirilməsilə bağlı xüsusi sənəd imzalandı.

Bu da ondan xəbər verir ki, 2020-ci ildə yeni, genişləndirilmiş sosial paketin təqdimatı ili kimi yadda qalacaq. Bütövlükdə sosial təminatın gücləndirilməsi Azərbaycan üçün prioritetdir. Amma nəzərə alsaq ki, pandemiya səbəbindən dünya bazarında qiymətlərin artması müşahidə olunur.

Bu da Azərbaycanda inflyasiyaya təsir göstərir. Xüsusən nəzərə alsaq ki, idxal olunan məhsulların qiymətlərində artımlar var”, - deyə deputat bildirib.

Vüqar Bayramov saytımıza açıqlamasında onu da əlavə edib ki, Azərbaycan istehlak etdiyi ərzaq məhsulların əhəmiyyətli hissəsini idxal etdiyinə görə, yerli bazarda qiymətlər dünya bazarına uyğun dəyişir.

“Bu səbəbdən də, yeni paket qiymət artımının təsirlərini minimumlaşdırmaq, həm də vətəndaşlarımızın sosial rifahını daha da yaxşılaşdırmaq məqsədi daşıyacaq.

Məvacib və pensiyaların dəqiq hansı səviyyədə, neçə faiz artırılacağı yaxın zamanlarda bəlli olacaq. Cənab prezidentin göstərişindən sonra bununla bağlı işlər aparılır.

Bütün hallarda birmənalı şəkildə qeyd etmək lazımdır ki, 2022-ci ildə kifayət qədər ciddi və hiss edilən artımlar olacaq. Bütünlükdə gələn il yeni sosial paketin təqdim ediləcəyi gözlənilir”.

Xəbər lenti