Xəzər Xəbər

MDB ölkələrinə peyvənd pasportlarının qarşılıqlı tanınması təklif edilib

Gündəm | 16:51 • 15 Oktyabr 2021
MDB ölkələrinə peyvənd pasportlarının qarşılıqlı tanınması təklif edilib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB ölkələrinin liderlərini vətəndaşların Birlik çərçivəsində sərbəst hərəkət etməsi üçün peyvənd pasportlarının qarşılıqlı tanınmasını sürətləndirməyə çağırıb.

Bu barədə Kasım–Jomart Tokayev MDB Dövlət Başçıları Şurasının onlayn iclasında bildirib.

MDB məkanında peyvənd pasportlarının qarşılıqlı tanınmasını sürətləndirməyi təklif edən Kasım-Jomart Tokayev bunun qarşılıqlı etimad və əməkdaşlıq üçün vacib olduğunu deyib. Bildirib ki, belə qərar verməklə vətəndaşların sərbəst hərəkətini təmin edəcək və işgüzar əlaqələri gücləndirəcəyik.

Qeyd edək ki, bir çox ölkələrin sərhədlərini keçmək üçün Qazaxıstan vətəndaşlarından peyvənd pasportu ilə yanaşı, PCR testi vermələri də tələb olunur.

Xəbər lenti

Çox oxunanlar