Xəzər Xəbər

Ərdoğanın Azərbaycana səfər edəcəyi tarix açıqlanıb

Gündəm | 14:22 • 14 Oktyabr 2021
Ərdoğanın Azərbaycana səfər edəcəyi tarix açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək.

“Report” “HaberGlobal”a istinadən xəbər verir ki, səfər noyabrın 8-də Qarabağ zəfərinin birinci ildönümü çərçivəsində baş tutacaq.

“Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşadan növbəti dəfə birlik mesajı verəcəkləri gözlənilir”, - məlumatda bildirilib.

Xəbər lenti