Xəzər Xəbər

Bakıda daha bir məktəbin iki sinfi distant təhsilə keçdi

Gündəm | 18:55 • 13 Oktyabr 2021
Bakıda daha bir məktəbin iki sinfi distant təhsilə keçdi

Bakıda daha iki sinif koronavirusa yoluxma səbəbindən distant təhsilə keçib.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, "Ankara məktəbi" məktəb liseyinin 7 e və 7 f siniflərində bir neçə şagirddə virusa yoluxma aşkarlandığı üçün sinif distant təhsilə keçib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən APA-ya bildirilib ki, hər hansı sinifdə yoluxma aşkarlandığı təqdirdə həmin sinif 14 günlük distant təhsilə keçir. 14 günlük karantin müddəti bitdikdə isə sinif yenidən ənənəvi dərslərə davam edir.

Xəbər lenti