Xəzər Xəbər

Parlamentdə Bakının tıxac problemi qaldırılıb

Gündəm | 12:06 • 11 Oktyabr 2021
Parlamentdə Bakının tıxac problemi qaldırılıb

Aidiyyəti qurumlar tıxac probleminin həlli ilə əlaqədar hansı işlər gördükləri barədə hesabat verməlidir.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında deyib.

O bildirib ki, Bakıda tıxaclarla bağlı böyük problemlər yaşanır. Bu insanların həyatında böyük vaxt itkisinə səbəb olur. Məktəblər açıldıqdan sonra bu problem daha da böyüyüb: “Aidiyyəti qurumlar bu məsələnin həlli ilə əlaqədar hansı işlər gördükləri barədə hesabat verməlidir.

Bakı nəqliyyatla kifayət qədər yüklənmiş şəhərdir, lakin bunun əziyyətini vətəndaşlar çəkməməlidirlər”. (Trend)

Xəbər lenti