Xəzər Xəbər

Gələn il "Teknofest"i can Azərbaycanda keçirəcəyik - Ərdoğan

Gündəm | 16:45 • 25 Sentyabr 2021
Gələn il "Teknofest"i can Azərbaycanda keçirəcəyik - Ərdoğan

Gələn il can Azərbaycandan başlayaraq, "Teknofest"i bütün müttəfiq ölkələrdə keçirəcəyik.

Bunu Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Teknofest”i beynəlxalq brendə çevirəcəyik”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Onun sözlərinə görə, 2018-ci ildə “Teknofest” – texnologiya festivalı ilk dəfə keçiriləndə burada 14 texnoloji yarışma təşkil olunmuşdu və 20 min nəfər qatılmışdı. Hazırda isə bu rəqəmlər 35 yarışmaya və 200 min iştirakçıya çatıb.

Ərdoğan deyib ki, gələn ildən "Texnofest" beynəlxalq festival səviyyəsində təşkil olunacaq: "Tədbir dünya mediasının gündəmində bir nömrə olmalıdır. "Texnofest"i elə bir marka halına gətirməliyik ki, dünyanın bütün gəncləri bu nüfuzlu texnologiyalar festivalında iştirak etməyə can atsın".

Xəbər lenti