Xəzər Xəbər

Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? RƏSMİ MƏLUMAT

Milli Hidrometeorologiya Xidməti açıqlama yayıb
Gündəm | 12:25 • 25 Sentyabr 2021
Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 26-sı gündüzədək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən xezerxeber.az-a verilən məlumata görə, 26-sı gündüz yağıntıların tədricən kəsiləcəyi, 27-si əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Qeyd edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür. Şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olub.

Xəbər lenti