Xəzər Xəbər

Ermənistan tələbləri qəbul edir: Paşinyan AÇIQLADI - Buna hazırıq

Paşinyan: Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm
Gündəm | 1,177 | 22:15 • 24 Sentyabr 2021
Ermənistan tələbləri qəbul edir: Paşinyan AÇIQLADI - Buna hazırıq

“Ermənistan regionda dayanaqlı və uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq konstruktiv dialoqa hazırdır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı videoformatda etdiyi çıxışında deyib.

“Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin 10 noyabr 2020 -ci ildə imzaladığı üçtərəfli bəyanatın 9 -cu bəndində və 11 yanvar 2021 -ci il tarixli bəyanatda göstərildiyi kimi regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm. Nəticədə bölgə ölkələri nəqliyyat arteriyaları ilə bir -birinə bağlanacaq. Sülh şəraitində inkişafın vacib şərtlərindən biri olan iqtisadi əlaqələrin qurulması üçün fürsət yaradılacaq”-Paşinyan bildirib./report

Xəbər lenti