Xəzər Xəbər

İqor Korotçenko Azərbaycan Prezidentinin “Rossiya” telekanalındakı çıxışını siyasi zəfər, informasiya savaşında zəfər adlandırıb

Gündəm | 14:30 • 24 Sentyabr 2021
İqor Korotçenko Azərbaycan Prezidentinin “Rossiya” telekanalındakı çıxışını siyasi zəfər, informasiya savaşında zəfər adlandırıb

Müasir dövrdə hər bir müharibə hibrid xarakter daşıyır və bu müharibənin informasiya tərkib hissəsi hərbi tərkib hissədən heç də az əhəmiyyət kəsb etmir. Biz erməni təbliğat maşınının necə işlədiyini, Azərbaycanın necə cavab verdiyini görürdük.

Xezerxeber.az xəbər verir ki, bu fikirləri “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko Azərbaycan Prezidenti İlham Əliyevlə müsahibəsinin gedişində söyləyib.

Baş redaktor “Rossiya” telekanalının “60 dəqiqə” proqramında efirə gedən verilişi xatırladaraq deyib: “Axşam vaxtı, ən münasib saatlarda on milyonlarla rusiyalı həmin verilişə baxırdı. Orada Siz də çıxış etdiniz, cənab Paşinyan da. Mən, necə deyərlər, cənab Paşinyanın bostanına daş atmaq istəmirəm, lakin Sizin çıxışınız siyasi zəfər, informasiya savaşında zəfər idi, - bunu çoxları gördü. Siz öz mövqeyinizi son dərəcə sərrast, sakit, polad məntiqlə şərh etdiniz. Opponentinizin, yumşaq desək, inandırıcı təsir bağışlamaması da göz qabağında idi”.

İqor Korotçenko qeyd edib ki, bu, insanların zəkaları uğrunda, beynəlxalq birliyin münasibəti uğrunda mübarizə idi: “Şübhəsiz, burada həm Azərbaycan, həm də, cənab Prezident, şəxsən Siz müasir diplomatiya nümunələri, bəlkə də müasir diplomatiya tarixinə düşəcək nümunələr göstərdiniz”.

Xəbər lenti