Xəzər Xəbər

Ağdamda vandalizmin izlərini görürük - İƏT komissiyasının sədri

Gündəm | 14:15 • 24 Sentyabr 2021
Ağdamda vandalizmin izlərini görürük - İƏT komissiyasının sədri

Biz Ağdamda faktaraşdırıcı missiya həyata keçiririk. Burada vandalizmin izlərini görürük: viran qoyulmuş yaşayır yerləri, dağıdılmış kəndlər, tarixi-dini abidələr...

Bunu Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının sədri Saeed Mohamed Abdulla Omair Alghfeli deyib.

“Biz burada nəinki evlərin, tarixi, dini, hətta mədəni obyektlərin dağıdıldığını, onlara qarşı vandalizm aktlarının da şahidi olduq. Bütün bunlar insan hüquqlarının, eləcə də gələcək nəslin hüquqlarının pozulması deməkdir. Bu abidələrin bərpası çox uzun vaxt tələb edir. Nəzərə alsaq ki, burada hər yer minalanıb, bu proses daha da uzun çəkə bilər. Biz bu faktların hamısını hesabatımızda qeydə alaraq müvafiq beynəlxalq qurumlara göndərəcəyik ki, bununla bağlı lazımi addımlar atsınlar və cinayətkarlar hüquq qarşısında cavab versinlər”, - deyə o bildirib.

Xəbər lenti