Xəzər Xəbər

Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Anım Günü saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
Gündəm | 18:12 • 23 Sentyabr 2021
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Sentyabrın 27-də - Anım Günüdə saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Bu barədə XəzərXəbər-ə Təşkilat Komitəsindən məlumat verilib.

Bildirilib ki, eyni zamanda, axşam saatlarında xüsusi işıqlandırma ilə bir sıra binalarda, o cümlədən Heydər Əliyev Mərkəzinin binasının və “Alov qüllələri”nin üzərində Azərbaycan bayrağı əks olunacaq.

Qeyd olunub ki, Anım Günü ilə əlaqədar mərkəzi və yerli icra hakimiyyəti strukturları ölkə miqyasında bir sıra tədbirlər təşkil edəcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

Xəbər lenti