Xəzər Xəbər

Əks-göstəriş sertifikatı almaq istəyənlərin NƏZƏRİNƏ!

Gündəm | 5,418 | 15:40 • 23 Sentyabr 2021
Əks-göstəriş sertifikatı almaq istəyənlərin NƏZƏRİNƏ!

Bakıda bir qrup şəxs əks-göstəriş sertifikatını almaq istəsə də, problemlə üzləşiblər. Qeydiyyatda olduqları poliklinikalar müəyyən səbəblər göstərərək vətəndaşlara sertifikat verməkdən imtina ediblər.

Poliklinikaya bütün hazır sənədlərlə müraciət edənlər arasında mənfi cavab alanlar və həkim tərəfindən kobud rəftarla qarşılaşanlar az deyil.

Ekspertlər də təsdiq edir ki, əks-göstəriş sertifikatının verilməsi prosesində müəyyən nöqsanlar mövcuddur.

Qeyd edək ki, koronavirusla bağlı əks-göstəriş sertifikatı almaq istəyənlər xəstəlikləri barədə əsaslı sənədləri (həkim rəyi, aparılmış müayinələrin nəticələri) təqdim etməlidir. Hər bir müraciət edən şəxs birinci növbədə poliklinikaya, öz sahə həkiminə getməlidir. Əgər şəxsin ambulator kartında həmin xəstəliyi təsdiq edən göstəricilər varsa, həmin xəstələr protokollaşdırılacaq.

Əks göstəriş sertifikatını bu şəxslər əldə edə bilər.

- Hamilə qadınlar;

- Süd verən analar;

- COVID 19-a qarşı peyvəndə allergiyası və ümumiyyətlə allergiya xəstəliyindən əziyyət çəkən şəxslər.

Xəbər lenti

Çox oxunanlar