Xəzər Xəbər

Azərbaycan ilə Türkiyə arasında hərbi xidmətə çağırışla bağlı təcrübə mübadiləsi genişləndirilir

Gündəm | 16:41 • 22 Sentyabr 2021
Azərbaycan ilə Türkiyə arasında hərbi xidmətə çağırışla bağlı təcrübə mübadiləsi genişləndirilir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-polkovnik Arzu Rəhimov Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyinin Hərbi Çağırış Xidmətinin baş direktorunun müavini Mehmet Erdoğanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən xezerxeber.az-a bildiriblər ki, görüşdə iki ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri, hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Xəbər lenti