Xəzər Xəbər

DİN: Gorus-Qafan yolu ilə Azərbaycan ərazisinə qanunsuz keçən iranlı sürücülər saxlanılıb

Onların barəsində müvafiq tədbirlər görüləcək
Gündəm | 17:37 • 15 Sentyabr 2021
DİN: Gorus-Qafan yolu ilə Azərbaycan ərazisinə qanunsuz keçən iranlı sürücülər saxlanılıb

Erməni mətbuatında Gorus-Qafan avtomobil yolunda İrandan gələn iki yük maşınının sürücüsünün Azərbaycan polisləri tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb.

Mələsə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, saxlanılan sürücülər qanunsuz yollarla Azərbaycan ərazisinə daxil olublar: "Ermənistandan qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Həmin avtomobillərin sürücüləri barəsində Azərbaycan Respublikasının qanunlarına uyğun müvafiq tədbirlər görüləcək”, - deyə Ehsan Zahidov vurğulayıb.

Xəbər lenti