Xəzər Xəbər

Binəli Yıldırım PLANLARI AÇIQLADI: təşkilatın adı dəyişir, Azərbaycan da daxil olmaqla, 6 ölkə...

Gündəm | 462 | 09:18 • 15 Sentyabr 2021
Binəli Yıldırım PLANLARI AÇIQLADI: təşkilatın adı dəyişir, Azərbaycan da daxil olmaqla, 6 ölkə...

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti ay keçiriləcək Zirvə görüşündə sədrlik Türkiyəyə keçəcək və Türkmənistan tamhüquqlu üzv olacaq”.

"Anadolu" agentliyi xəbər verir ki, bunu AKP sədrinin müavini Binəli Yıldırım 1992-ci ildə qurulan və bu gün 5 üzvü olan TDƏŞ-dən danışarkən deyib.

“Beləliklə, 6 dövlət tamhüquqlu üzv olacaq. İşlər bununla bitməyəcək. Təşkilatın adı da dəyişəcək və “Türk Dövlətləri Təşkilatı” olacaq. Bu, quruma daha böyük məna qazandıracaq. Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan tam üzv olacaq. Macarıstan başda olmaqla, 15 ölkə müşahidəçi üzv olmağı gözləyir. Regiona maraq gündən-günə artır. Çünki zənginlik mərkəzi qərbdən şərqə köçməyə başladı. Köhnə illərdə əksinə idi. Qafqaz, Mərkəzi Asiya və Anadolu coğrafiyası yol marşrutunda qalmaqda davam edir. Bu regionun əhəmiyyəti danılmazdır. Burada bütün dünyanın marağı cəmləşib. Zəngin təbii ehtiyatları, münbit və məhsuldar torpaqları ilə bölgənin əhəmiyyəti getdikcə bütün dünya tərəfindən görülür”, - deyə Yıldırım qeyd edib./Publika.az 

Xəbər lenti