Xəzər Xəbər

Bakının işğaldan azad edilməsinin ildönümü münasibətilə yürüşlər keçiriləcək

Gündəm | 21:19 • 14 Sentyabr 2021
Bakının işğaldan azad edilməsinin ildönümü münasibətilə yürüşlər keçiriləcək

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə sentyabrın 15-i saat 10:00-da Bakı, Naxçıvan, Gəncə, Sumqayıt və Şuşa şəhərlərinin mərkəzi küçələrində "Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Bakıda keçiriləcək yürüşlərə iki istiqamətdən - Şəhidlər xiyabanından və 28 may küçəsindəki Səməd Vurğun bağından start götürüləcək.

 

Xəbər lenti