Xəzər Xəbər

Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşüb

Gündəm | 20:05 • 10 Sentyabr 2021
Zakir Həsənov Rusiya sülhməramlılarının komandanı ilə görüşüb

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı vəzifəsini başa vuran general-leytenant Rüstəm Muradov ilə görüşüb.

Bu barədə XəzərXəbər-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, general-leytenant R.Muradov Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə yeni təyin olunan general-mayor Mixail Kosobokovu müdafiə nazirinə təqdim edib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Xəbər lenti