Xəzər Xəbər

Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin iclası keçiriləcək

Gündəm | 14:24 • 9 Sentyabr 2021
Ankarada Türkiyə, Azərbaycan və Gürcüstan parlamentlərinin iclası keçiriləcək

Yaxın vaxtlarda Türkiyə parlamentinin sədri Gürcüstana səfər edəcək.

Bu barədə Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze məlumat verib.

Onun sözlərinə görə, eyni zamanda, yaxın vaxtlarda Ankarada Gürcüstan, Türkiyə və Azərbaycan parlamentlərinin xarici əlaqələr üzrə komitələrinin birgə iclası keçiriləcək.

Komitə sədri deyib: “Gürcüstan, Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri var. Hökumətlər səviyyəsində yaxşı əməkdaşlığımız mövcuddur. Pandemiya səbəbindən parlamentlər səviyyəsində əlaqələr intensiv olmayıb. Biz qanunverici orqanlar arasında da əlaqələri inkişaf etdirəcəyik”.

Xəbər lenti