Xəzər Xəbər

Qarabağdakı sülhməramlılara yeni komandir TƏYİN OLUNDU

Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı İrəvana gedib
Gündəm | 14:02 • 9 Sentyabr 2021
Qarabağdakı sülhməramlılara yeni komandir TƏYİN OLUNDU

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının yeni komandanı general-mayor Mixail Kosobokov Ermənistana gedib.

Məlumatı “Aysor” yayıb.

O, Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

Görüşdə Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının komandanı polkovnik Dmitri Ovçarova və Moskvanın İrəvandakı səfirliyinin hərbi məsələlər üzrə attaşesi İqor Şerbakov da iştirak edib.

Qeyd edək ki, Rusiya sülhməramlılarının əvvəlki komandanı general-leytenant Rüstəm Muradovun səlahiyyət müddəti başa çatıb./report

Xəbər lenti