Xəzər Xəbər

Azərbaycanın müdafiə naziri Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb

Gündəm | 14:35 • 18 Avqust 2021
Azərbaycanın müdafiə naziri Türkiyənin Baş Qərargah rəisi ilə görüşüb

“IDEF - 2021” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə İstanbul şəhərində səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülerlə görüşüb.

Müdafiə Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti