Xəzər Xəbər

Azərbaycan nümayəndə heyəti andiçmədə iştirak üçün İrana səfər edib

Gündəm | 11:51 • 5 Avqust 2021
Azərbaycan nümayəndə heyəti andiçmədə iştirak üçün İrana səfər edib

Parlamentin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti İranın yeni seçilən prezidentinin inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana səfər edib.

Nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Şahin Mustafayev və diplomatlar daxildir. Azərbaycan heyətini Tehranda İran parlamentinin rəsmiləri qarşılayıblar.

İranın yeni prezidenti İbrahim Rəisinin inauqurasiya mərasimi 17:00-da İran parlamentində başlayacaq. Mərasimə 73 ölkədən 115 rəsmi şəxs, o cümlədən 10 ölkə prezidenti, 20 parlament sədri, 11 xarici işlər naziri qatılacaq. (Trend)

Xəbər lenti

Çox oxunanlar