Xəzər Xəbər

Prezident sərəncam imzaladı - 600 min manat ayrıldı

Gündəm | 15:23 • 29 İyul 2021
Prezident sərəncam imzaladı - 600 min manat ayrıldı

Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

XəzərXəbər xəbər verir ki, sərəncama əsasən, talassemiyalı və hemofiliyalı xəstələri günün tələbləri səviyyəsində tibbi xidmətlə təmin etmək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinə 600 000 (altı yüz min) manat ayrılıb.

Xəbər lenti