Xəzər Xəbər

COVID pasportu necə yoxlanılacaq? – AÇIQLAMA

Şahmar Mövsümov - Peyvənd pasportu ASAN Xidmət proqramı ilə yoxlanacaq
Gündəm | 1,086 | 17:28 • 26 İyul 2021
COVID pasportu necə yoxlanılacaq? – AÇIQLAMA

“COVID pasportu olmayan şəxslərin ictimai iaşə obyektlərinə, iri ticarət mərkəzlərinə və mehmanxanalara girişi məhdudlaşdırılacaq”.

Bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə bunun operativ təmin edilməsi məqsədilə ASAN xidmət tərəfindən smartfonlar üçün xüsusi bir tətbiq hazırlanıb:

“Həmin proqram təminatı istənilən smartfonda istifadə oluna bilər və həmin obyektlərdə həmin proqram təminatçısı ilə çevik formada COVID pasport olan insanların pasportu yoxlanılacaq. Bu proqram təmainatı barədə də Asan Xidmət tərəfindən mətbuat konfransı keçiriləcək və ətraflı məlumat veriləcək”.

Xəbər lenti