Xəzər Xəbər

Azərbaycan bu ölkələrlə bağlı qadağa tətbiq etdi

Gündəm | 11:02 • 24 İyul 2021
Azərbaycan bu ölkələrlə bağlı qadağa tətbiq etdi

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Monqolustanın Xovd vilayətində dabaq xəstəliyi, Qana Respublikasının Mərkəzi və Böyük Akkra inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Qida Təhlükəsizliyi Agentliyindən XəzərXəbər-ə verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Monqolustanın Xovd vilayətindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin tranzit daşınmasına və OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Qana Respublikasının Mərkəzi və Böyük Akkra inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Xəbər lenti