Bakı 26 ℃
Xəzər Xəbər
USD 1.7

Operativ Qərargahdan toy edənlərə MÜRACİƏT - Sərt tədbirlər görüləcək...

Gündəm | 582 | 20:35 • 21 İyul 2021
Operativ Qərargahdan toy edənlərə MÜRACİƏT - Sərt tədbirlər görüləcək...

Bu gün Azərbaycan Respublikasının Baş naziri, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Qərargahın geniş tərkibdə respublika müşavirəsi keçirilib. 
 
XəzərXəbər xəbər verir ki, müzakirələrin gedişində şənlik mərasimlərinin keçirilməsi zamanı tələb olunan qaydalara əməl olunması və daha səmərəli nəzarətin həyata keçirilməsi üçün təkliflər səsləndirilib.
 
Qeyd olunub ki, gənclərin, şənlik mərasimi sahiblərinin həyatlarının ən sevincli və yaddaqalan gününün inzibati müdaxilələrlə pozulması arzuolunmazdır və Operativ Qərargah belə müdaxilələrlə şənlik mərasimlərinin dayandırılmasının tərəfdarı deyil.
 
Operativ Qərargah belə arzuolunmaz müdaxilələrə yol verilməməsi üçün vətəndaşları şənlik mərasimləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırır.
 
Operativ Qərargah şənliklərin keçirildiyi obyektlərin sahiblərinin nəzərinə bir daha çatdırır ki, bütün məsuliyyət onların üzərindədir və qayda pozuntuları ilə bağlı qəti və sərt tədbirlər görüləcək.

Xəbər lenti

Çox oxunanlar