Xəzər Xəbər

Moskvadan Qarabağla bağlı razılaşma barədə AÇIQLAMA

Peskov: Rusiya Avropa İttifaqının səylərini alqışlayır
Gündəm | 750 | 14:24 • 21 İyul 2021
Moskvadan Qarabağla bağlı razılaşma barədə AÇIQLAMA

“Rusiya Ermənistanla Azərbaycan arasında danışıqların başlamasına Avropa İttifaqının yardım etmək istəyini alqışlayır”.

Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov iyulun 21-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə dörə, Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında əldə edilən üçtərəfli razılaşmanın reallaşması prosesi pis getmir. O, Moskvanın əlavə vasitəçinin səylərinə qarşı olmadığını bildirib.

"Ümumiyyətlə, bu istiqamətdə işlər yaxşı gedir. Bilirsiniz ki, üçtərəfli müqavilələrin özü Prezident Putinin birbaşa iştirakı ilə bağlanıb və bunlar yenə də Putinin çox yüksək iştirakı ilə həyata keçirilir. O, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla və Azərbaycan Prezidenti İlham Əliyevlə daim əlaqə saxlayır. Hazırda isə əldə edilmiş razılaşmaların tətbiqi və icrası ilə məşğuluq", - Peskov vurğulayıb./report

Xəbər lenti