Xəzər Xəbər

"Təzəpir" məscidində bayram namazı qılındı

Gündəm | 752 | 09:28 • 21 İyul 2021
"Təzəpir" məscidində bayram namazı qılındı

Bakıda Qurban bayramı namazı qılınıb.

XəzərXəbər xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib.

Namazda İranın ali lideri ayətullah Seyid Əli Xaməneinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejat və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iştirak ediblər.

Xatırladaq ki, bu gün və sabah Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu il bayram 20-21 iyul tarixlərinə təsadüf edib.

Xəbər lenti