Xəzər Xəbər

İlham Əliyev: Ümumi səylərimizlə buna nail olacağıq

Azərbaycan Prezidenti: Biz münaqişədən sonrakı dövrün ağrısız keçməsi əzmindəyik və ümumi səylərimizlə buna nail olacağıq
Gündəm | 00:22 • 21 İyul 2021
İlham Əliyev: Ümumi səylərimizlə buna nail olacağıq

Prezident İlham Əliyev regionda münaqişədən sonrakı vəziyyətə daimi diqqətinə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakına görə Rusiya Prezidentinə təşəkkürünü bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə hərbi əməliyyatlardan sonrakı təmaslar barədə danışıb.

Dövlətimizin başçısı deyib: “Ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq”.

Xəbər lenti

Çox oxunanlar