Xəzər Xəbər

Ərdoğandan KRİTİK AÇIQLAMA: Başda Azərbaycan olmaqla...

Gündəm | 01:10 • 20 İyul 2021
Ərdoğandan KRİTİK AÇIQLAMA: Başda Azərbaycan olmaqla...

"Şimali Kipr Türk Cümhuriyyətində (Kıbrıs) (KKTC) bundan sonra yeni bir müzakirə müddəti olacaqsa, bu ancaq iki bərabər və suveren dövlət arasında edilə bilər"

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan KKTC-yə səfərindən əvvəl təşkil edilən mətbuat konfransında deyib.

Türkiyə lideri Kıbrıs türkünün Kipr adasında yarım əsrdən çoxdur ki, bərabərlik və ədalət mücadiləsi apardığını söyləyib:

"Kıbrısın başçısı hörmətli Ersin Tatarla milli iddiamız və Şərqi Aralıq dənizindəki proseslərə dair vəziyyəti qiymətləndirəcəyik. Ölkədə ədalətli, qalıcı və davam etdirilən bir gələcək arzulayan bütün tərəfləri bu tarixi fürsəti qiymətləndirməyə çağırıram. Kiprin Türk tərəfi dünyaya kimin sülhdən yana olub-olmadığını dəfələrlə göstərib".

"Türkiyə və türk xalqının hər bir fərdi dünən olduğu kimi bu gün də, sabah da Kıbrız türkünün yanında olmağa davam edəcək.

Kipr müzakirələri ilə bağlı yeni bir müddət olacaqsa, bu ancaq iki bərabər və suveren dövlət arasında edilə bilər.

Başda Azərbaycan olmaqla dünyanın müxtəlif ölkələrindən Qıbrıza üst səviyyədə görüşlərin keçirilməsi üçün səfərlərin edilməsi bizim səylərimizdir", - Ərdoğan bəyan edib./Publika.az

Xəbər lenti