Xəzər Xəbər

Hikmət Hacıyev və Ceyhun Bayramov Litva, Avstriya və Rumıniya XİN başçıları ilə görüşüb

Gündəm | 13:46 • 25 İyun 2021
Hikmət Hacıyev və Ceyhun Bayramov Litva, Avstriya və Rumıniya XİN başçıları ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Litva, Avstriya və Rumıniya XİN başçıları ilə görüşüb.

XəzərXəbər-in xəbərinə görə, bu barədə Azərbaycan XİN başçısı "Twitter"də bildirib.

“Azərbaycanda səfərdə olan Avstriya xarici işlər naziri Şallenberq, Rumıniya xarici işlər naziri Auresku və Litva xarici işlər naziri Landsberqis ilə maraqlı fikir mübadiləsi apardıq. Regional təhlükəsizlik məsələləri, əməkdaşlıq perspektivləri və Aİ ilə əlaqələr barədə danışdıq”, - Ceyhun Bayramov qeyd edib.

Xəbər lenti