Xəzər Xəbər

“İgidliyə görə” medalı ilə təltif olunan hərbi qulluqçuların sayı açıqlanıb

Gündəm | 17:29 • 24 İyun 2021
“İgidliyə görə” medalı ilə təltif olunan hərbi qulluqçuların sayı açıqlanıb

Prezident İlham Əliyev iyunun 24-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “İgidliyə görə” medalı ilə təltif edilməsinə dair Sərəncam imzalayıb.

Xezerxeber.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərmiş Silahlı Qüvvələrin 616 hərbi qulluqçusu “İgidliyə görə” medalı ilə təltif olunub. Təltif edilənlərin 6-sı polkovnik, 19-u polkovnik-leytenantdır.

Xəbər lenti