Xəzər Xəbər

Prezident bir qrup hərbçini “Qubadlının azad olunmasına görə” medalı ilə təltif etdi

Gündəm | 12:18 • 24 İyun 2021
Prezident bir qrup hərbçini “Qubadlının azad olunmasına görə” medalı ilə təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

XəzərXəbər xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif ediliblər.

Xəbər lenti