Xəzər Xəbər

DİQQƏT: Bu çimərliklərdə çimmək təhlükəlidir

Ziyəddin Kazımov: Dəniz suyunda bağırsaq çöplərinin həddindən artıq olması bizi narahat edir
Gündəm | 15:28 • 16 İyun 2021
DİQQƏT: Bu çimərliklərdə çimmək təhlükəlidir

"Bakı şəhərinin 12 məntəqəsindən məişət tullantıları təmizlənmədən Xəzər dənizinə axıdılır və bu da sonda Xəzər dənizinin çirklənməsinə səbəb olur".

XəzərXəbər xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Nazirlik rəsmisi bildirib ki, dəniz suyunda bağırsaq çöplərinin həddə uyğun olub-olmaması vacibdir. “Dəniz suyunda bağırsaq çöplərinin normaya uyğun olmaması insanlar arasında kəskin mədə-bağırsaq xəstəliklərinin yayılmasına səbəb ola bilər. Çimərlik mövsümü başlamamışdan öncə ərazidən dəniz suyu nümunələr götürülür, labortoriyada müayinələr aparılır. Bir litr suda bağırsaq çöplərinin icazə verilən norması 5 mindir, lakin bəzi ərazilərdə bu göstərici həddindən artıq normadan çox olur. Məsələn, Qaradağ rayonunda Sahil zonası, Səbail rayonunda Şıx çimərliyi, Suraxanı rayonunda Hövsan çimərliyi, Xəzər rayonunda Türkan çirməliklərində götürülən bakteroloji nümunələr standartlara uyğun gəlməyib. Bu çimərliklərdə istifadə qadağan olunub”.

Z.Kazımov qeyd edib ki, Abşeron yaramadasında, Xəzər rayonunda, Binəqədi rayonu ərazisində olan çimərliklərdən istifadə məqsədəuyğundur.

Xəbər lenti