Xəzər Xəbər

DİN-dən tibbi maskalarla bağlı önəmli AÇIQLAMA: Məcburidir

Gündəm | 13:49 • 16 İyun 2021
DİN-dən tibbi maskalarla bağlı önəmli AÇIQLAMA: Məcburidir

Daxili İşlər Nazirliyi yeraltı və yerüstü keçidlərdə maska taxmağın məcburi olması barədə yayılan məlumatlara aydınlıq gətirib.

XəzərXəbər xəbər verir ki,DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yeraltı və yerüstü piyada keçidləri qapalı məkan hesab oldunduğu üçün maska taxmaq məcburidir: “Qapalı məkanlarda, yeraltı və yerüstü piyada keçidlərində və eləcə də yeraltı piyada keçidlərinin ticarət obyektləri olan hissələrində, ictimai nəqliyyatda polis tərəfindən gücləndirilmiş qaydada nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Açıq havada tibbi maskadan istifadə etmək barədə qadağa götürülsə də, vətəndaşlarımız pandemiya şəraitində bütün qapalı məkanlarda sosial məsafəyə riayət etməli, tibbi maskadan istifadə etməlidirlər. Yeraltı və yerüstü keçidlər də qapalı məkandır və burada tibbi maskadan istifadə edilməlidir. Vətəndaşlar özlərinin və digər şəxslərin sağlamlığına etinasız yanaşmamalıdır”.

Xəbər lenti