Xəzər Xəbər

Ərdoğan: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”

Gündəm | 15:51 • 13 İyun 2021
Ərdoğan: “Şuşaya, Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm”

“NATO zirvəsindən sonra iyunun 15-16-da Azərbaycan Prezidenti İlham Əliyevin dəvətilə Azərbaycana rəsmi səfər edəcəm”.

Xezerxeber.az-ın məlumatına görə, bunu bu gün Brusselə səfərdən öncə keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

R. T. Ərdoğan deyib ki, Türkiyə-Azərbaycan qardaşlığı bölgədə sülh və rifahın təməlidir: “Azərbaycan Qarabağda tarixi bir zəfərə imza atıb, 30 illik işğala son qoyub. Bu zəfər bölgədə davamlı sülhün də əsasını qoyub”.

Ermənistanda daxili siyasi maraqlara görə bu sülhə xələl gətirilməsinin arzuedilməz olduğunu vurğulayan R. T. Ərdoğan keçən il 10 dekabrda Bakıda Zəfər paradını, Azərbaycanın haqlı uğurunu izlədiyini xatırladıb: “Bu dəfə Zəfərin qazanıldığı torpaqlara səfər edəcəm. Qardaşım İlham Əliyevlə birlikdə Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilmiş, Türk Dünyası üçün də tarixi şəxsiyyətlər yetişdirmiş Şuşanı ziyarət edəcəyik. Şuşada ikitərəfli görüşlər keçirəcək, qardaşım Prezident İlham Əliyevlə birgə iki ölkə arasında əməkdaşlığın inkişaf imkanlarını müzakirə edəcəyik. 16 iyunda isə Bakıda Avropa Futbol Çempionatının seçmə qrup oyunları çərçivəsində Türkiyə Milli Futbol Komandasının Bakıda oyununu qardaşım İlham Əliyevlə birgə izləyəcəyik".

Xəbər lenti