Xəzər Xəbər

"Xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir Ağdam şəhərinə qayıtmaq arzusu ilə ayrılırıq"

Gündəm | 18:08 • 13 İyun 2021
"Xarici diplomatlarla buradan bir neçə ildən sonra müasir Ağdam şəhərinə qayıtmaq arzusu ilə ayrılırıq"

“Ağdama 120-dən artıq diplomatla səfərimiz ailə fotomuzla başa çatdı”.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter hesabında paylaşım edib.

H. Hacıyev qeyd edib ki, diplomatik korpusla buradan bir neçə ildən sonra müasir, ağıllı Ağdam şəhərinə qayıdacaqlarını vəd edərək ayrılırlar: “Arxamızdakı kran Ermənistanın 30 illik işğalı dövründə çevirdiyi xarabalığın, urbisidin və yara izlərinin aradan qaldırılmağa başlanılmasının əlamətidir”.

Xəbər lenti