Bakı 28 ℃
Xəzər Xəbər
USD 1.7

Xarici diplomatlar Ağdam Dram Teatrının qalıqları ilə tanış olublar

Gündəm | 14:51 • 13 İyun 2021
Xarici diplomatlar Ağdam Dram Teatrının qalıqları ilə tanış olublar

Ölkəmizdə akkreditə olunmuş xarici diplomatik korpusun nümayəndələri iyunun 13-də Ağdam şəhərinin mərkəzi küçəsində ermənilərin yerlə-yeksan etdikləri binaların qalıqlarına baxıblar. Ağdam Dram Teatrının qalıqları da bu küçədədir.

Xezerxeber.az xəbər verir ki, qonaqlara ermənilərin mədəni irsimizə, o cümlədən Ağdam Dövlət Dram Teatrına vurduğu zərər barədə ətraflı məlumat verilib.

Qeyd olunub ki, teatr binasının qalıqları gələcəkdə açıq səma altında muzeydə saxlanılacaq.

Xəbər lenti

Çox oxunanlar