Bakı 29 ℃
Xəzər Xəbər
USD 1.7

Minalanmış ərazilərin kiçik hissəsinin xəritəsini vermişik - Paşinyan

Gündəm | 12:58 • 13 İyun 2021
Minalanmış ərazilərin kiçik hissəsinin xəritəsini vermişik - Paşinyan

Ermənistan Azərbaycana bu ölkənin minalanmış ərazilərinin yalnız kiçik hissəsinin xəritəsini verib.

Bu barədə Ermənistanın baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, o, bu mövzuda müzakirələrin sonrakı mərhələsinə hazırdır.

Qeyd edək ki, əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib.

Xəbər lenti

Çox oxunanlar