Bakı 33 ℃
Xəzər Xəbər
USD 1.7

Baş nazir Əli Əsədov Mixail Mişustini Rusiya Günü münasibətilə təbrik edib

Gündəm | 12:34 • 13 İyun 2021
Baş nazir Əli Əsədov Mixail Mişustini Rusiya Günü münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinə dövlət bayramı – Rusiya Günü münasibətilə təbrik məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, məktubda Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığın və qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyədə olması məmnunluqla qeyd edilir.

Həmçinin ikitərəfli münasibətlərin gündəliyindəki məsələlərin hamısının uğurla reallaşdırılması üçün hökumət xətti üzrə sıx əlaqələrin və konstruktiv işin davam etdirilməsinə hazırlıq ifadə olunur.

Çox oxunanlar