Bakı 33 ℃
Xəzər Xəbər
USD 1.7

İlham Əliyevin növbəti qələbəsi: Ermənistan Ağdam üzrə mina xəritəsini verdi

Deputat: Ermənistanın mina xəritəsini verməsi növbəti diplomatik qələbəmizdir
Gündəm | 20:46 • 12 İyun 2021
İlham Əliyevin növbəti qələbəsi: Ermənistan Ağdam üzrə mina xəritəsini verdi

“Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi Prezident İlham Əliyevin qətiyyətli iradəsinin nəticəsidir. Bu, həmçinin ölkəmizin növbəti diplomatik qələbəsidir”.

XəzərXəbər xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin İsmayılov deyib.

O bildirib ki, bundan əvvəl Azərbaycan tərəfinin erməni əsirlərinin qaytarılması ilə bağlı gördüyü işlər humanist dəyərlərimizdən və siyasətimizdən irəli gəlirdi: “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Ermənistanın Azərbaycanda saxlanılan 11 Ermənistan vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərar qəbul etməsi ilə ermənilərin ümidləri puç oldu. Beynəlxalq hüquq çərçivəsində heç bir əsasının olmadığını görən düşmən bir daha bizimlə anlaşmağa, tələblərimizi yerinə yetirməyə məcbur oldu.

Azərbaycan tərəfi mina xəritəsi müqabilində 15 erməni vətəndaşını təqdim etməklə həm humanistlik, həm də mina təhlükəsi ilə üzləşə biləcək hər bir vətəndaşımızın təhlükəsizliyinin və həyatının bizim üçün dəyərli olmasını göstərdi. Anlaşma, eyni zamanda tarixi torpaqlarımızın yenidən canlanması və böyük qayıdış üçün böyük töhfə verəcək. Ümid edirəm ki, bütövlükdə Cənubi Qafqaz regionunda əməkdaşlığın və sabitliyin təmin olunması üçün Ermənistan tərəfi əsasız iddialarını kənara qoyacaq, yeni reallıqlara barışacaq və üzərinə düşən öhdəlikləri yerinə yetirəcəkdir. Hadisələrin başqa variantda inkişafı isə yalnız Ermənistanın ziyanına olacaq”.

Xəbər lenti

Çox oxunanlar