Bakı 33 ℃
Xəzər Xəbər
USD 1.7

Azərbaycan Prezidenti İtaliya şirkətlərinin azad olunan ərazilərdəki fəaliyyətindən danışdı

Gündəm | 14:58 • 12 İyun 2021
Azərbaycan Prezidenti İtaliya şirkətlərinin azad olunan ərazilərdəki fəaliyyətindən danışdı

"İtaliya şirkətləri azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı işləməyə başlayan ilk xarici şirkətlər sırasındadır. Siz bilirsiniz ki, layihələr - Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən, rəmzi əhəmiyyət kəsb edən, eləcə də iqtisadi inkişaf və infrastruktur layihələri var".

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurinin etimadnaməsini qəbul edərkən deyib.

"Enerji sektorunda, elektrik enerjisi istehsalında artıq İtaliya şirkətləri dağıdılmış su elektrik stansiyalarının yenidən qurulması prosesinə, digər sahələrdə emal və istehsal prosesinə cəlb olunub. Beləliklə, bu, həqiqətən də onu göstərir ki, biz sadəcə kağız, sənəd üzərində deyil, reallıqda strateji tərəfdaşıq. Əminəm, siz bizim müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığımızı daha da təşviq etmək üçün Azərbaycanda aktiv fəaliyyət göstərəcəksiniz ki, ikitərəfli əməkdaşlığımız uzunmüddətli, dayanıqlı və uğurlu olsun. Bir daha xoş gəlmisiniz!", - Prezident vurğulayıb.

Çox oxunanlar