Bakı 33 ℃
Xəzər Xəbər
USD 1.7

Nazir Ceyhun Bayramov Yeni Zelandiyanın yeni səfiri ilə görüşüb

Gündəm | 92 | 18:01 • 11 İyun 2021
Nazir Ceyhun Bayramov Yeni Zelandiyanın yeni səfiri ilə görüşüb

11 iyun 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Yeni Zelandiyanın Azərbaycana yeni təyin edilmiş qeyri-rezident səfiri Vendi Hintonu qəbul edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən xezerxeber.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov Vendi Hintonu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycan və Yeni Zelandiya arasında ikitərəfli münasibətlərin inkişafı perspektivlərini qeyd edib və əlaqələrin genişləndirilməsi üçün bütün imkanlardan istifadə edilməsinin əhəmiyyətini vurğulayıb.

Nazir, həmçinin səfir Vendi Hintona münaqişə sonrası bölgədə mövcud olan vəziyyət, üçtərəfli bəyanatların icrası, azad olunmuş ərazilərdə vəziyyət, mina təhlükəsi və onun doğurduğu fəsadlar, həmçinin azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri haqqında məlumat verib.

Səfir Vendi Hinton ölkəsinin bir sıra istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, texnoloji tətbiqlər, su elektrik stansiyaları və digər sahələrində inkişaf etdiyini bildirib, bu və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərini vurğulayıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Sabah 39 dərəcə isti olacaq
26 | 13:17 • 16 İyun 2021

Çox oxunanlar