Xəzər Xəbər

Azərbaycanla Pakistan arasında minatəmizləmə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

Gündəm | 17:57 • 11 İyun 2021
Azərbaycanla Pakistan arasında minatəmizləmə fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb

ANAMA-nın sədri Vüqar Süleymanov Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ilə görüş keçirib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə ANAMA-nın tvitter hesabında paylaşım edilib.

Qeyd olunub ki, görüşdə qardaş ölkənin Azərbaycanda həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə mümkün töhvə verməsi barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti