Xəzər Xəbər

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub

Müdafiə Nazirliyi məlumat yaydı
Gündəm | 17:03 • 11 İyun 2021
Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutub

İyunun 11-də saat 13.45-dən başlayaraq Vardenis rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki Ermənistan silahlı qüvvələri mövqelərindən Kəlbəcər rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan mütəmadi atəşə tutulub.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Xəbər lenti