Bakı 23 ℃
Xəzər Xəbər
USD 1.7

Nazir Ceyhun Bayramov Britaniya səfirini qəbul edib

Gündəm | 74 | 22:55 • 10 İyun 2021
Nazir Ceyhun Bayramov Britaniya səfirini qəbul edib

10 iyun 2021-ci il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarpı qəbul edib.

Xezerxeber.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, xüsusilə sərhəd məntəqəsində baş verən son gərginliklər, üçtərəfli bəyanatların icrası ilə əlaqədar Azərbaycan tərəfindən atılan addımlar, azad edilmiş ərazilərdə mina təhlükəsi və doğurduğu fəsadlar barədə məlumat verib.

Nazir Böyük Britaniyanın Azərbaycanın azad edilmiş ərazilərin minadan təmizlənməsi sahəsində fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür ifadə edib.

Tərəflər pandemiya ilə bağlı məsələlər, o cümlədən ölkədə sərt karantin rejiminin yumşaldılması istiqamətində görülən tədbirlər, xarici ölkə vətəndaşlarının səfərləri və s. ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Xəbər lenti

Çox oxunanlar