Bakı 31 ℃
Xəzər Xəbər
USD 1.7

Türkiyə ilə Azərbaycan arasında parlamentlərarası əlaqələr müzakirə olunub

Gündəm | 112 | 16:04 • 17 May 2021
Türkiyə ilə Azərbaycan arasında parlamentlərarası əlaqələr müzakirə olunub

Mayın 17-də Milli Məclisdə parlamentin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, akademik Əhliman Əmiraslanovla ölkəmizdə səfərdə olan Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım arasında görüş keçirilib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xezerxeber.az-a bildiriblər ki, görüşdə işçi qrupun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Türkiyə-Azərbaycan əlaqələrindən danışıb. Bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar, təhsil, səhiyyə sahələrində yüksəksəviyyəli əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığın, eləcə də parlamentlərarası əlaqələrin inkişafında prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətləri mühüm rol oynayır. Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı, bir-birinə bu qədər yaxın münasibətlərdə olan ölkələrə rast gəlmək mümkün deyil. Bir sözlə, Azərbaycan-Türkiyə münasibətləri bütün dünya üçün əsl örnəkdir. Tarixin çətin sınaqları ilə üz-üzə qaldıqda, ən çətin anlarda belə bu iki ölkə arasındakı qardaşlıq sözdə deyil, əməldə özünü göstərir.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri dünya dövlətləri üçün nümunədir. Ölkələrimiz arasındakı yüksəksəviyyəli əməkdaşlığı qeyd edən Şamil Ayrım xüsusilə parlamentlərarası əlaqələrin uğurlarından danışıb.

Xəbər lenti

Ərdoğan Milli Məclisə gəlib
22 | 15:12 • 16 İyun 2021

Çox oxunanlar