Xəzər Xəbər

HHQ aviasiya vasitələri plana uyğun təlim-məşq uçuşları keçirir FOTO

Gündəm | 13:39 • 15 May 2021
HHQ aviasiya vasitələri plana uyğun təlim-məşq uçuşları keçirir

Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri, Bayraktar və müxtəlif tipli digər pilotsuz uçuş aparatları hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarına başlayıb.
Müdafiə Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə həyata keçirilir.
Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə aparılan məşqlərdə hərbi pilotlar və PUA operatorları tapşırıqları gecə və gündüz vaxtı icra edir.
Təlim-məşqlərində hava kəşfiyyatı aparılmaqla şərti düşmənin yerüstü hədəflərinin koordinatları təyin edilir.

Xəbər lenti