Xəzər Xəbər

İlham Əliyev və Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı veriblər

Gündəm | 19:08 • 11 May 2021
İlham Əliyev və Mehriban Əliyeva Tatarıstan Prezidentinə başsağlığı veriblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Tatarıstan Prezidenti Rüstəm Nurqaliyeviçə Kazanda baş vermiş atışmada həlak olanlarla əlaqədar başsağlığı veriblər.

XəzərXəbər-in məlumatına görə, başsağlığıda bildirilir:

Hörmətli Rüstəm Nurqaliyeviç.

"Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.

Bu əvəz edilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən baş sağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm".

Xəbər lenti