Xəzər Xəbər

Nazir: Ermənistanın üçtərəfli bəyanatlarla bağlı götürdüyü öhdəlikləri icra etməsi vacibdir

Gündəm | 13:54 • 11 May 2021
Nazir: Ermənistanın üçtərəfli bəyanatlarla bağlı götürdüyü öhdəlikləri icra etməsi vacibdir

“Rusiya, Azərbaycan və Ermənistan nümayəndələri ekspertlər səviyyəsində artıq 6 dəfə görüşüb”.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla keçirilən birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, müxtəlif sahələrdə ekspert qruplarında görüşlər keçirilib: “Müəyyən sahələr üzrə inkişaf var. Müəyyən sahələr üzrə isə hələ nəticə yoxdur. Biz başa düşürük ki, buna Ermənistanın daxilindəki siyasi vəziyyət də təsir edir. Qeyd etmək istərdim ki, üçtərəfli bəyanatların yerinə yetirilməsində Ermənistanın da üzərinə düşən öhdəlikləri həyata keçirməsi vacibdir”./apa

 

Xəbər lenti