Xəzər Xəbər

Elçin Quliyev: Sərhədçilər PUA-lar vasitəsilə düşmənin 290 hədəfini məhv edib

Gündəm | 15:05 • 8 May 2021
Elçin Quliyev: Sərhədçilər PUA-lar vasitəsilə düşmənin 290 hədəfini məhv edib

"Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilot­suz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kom­plek­sləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda ida­rəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib, ümumilikdə 290 düşmən hədəfi məhv edilib".

Bunu Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev deyib.

"Vətən müharibəsi zamanı Dövlət Sərhəd Xidmətinin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqları uğurla icra olunub, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümu­nələri göstərib, qalibiyyət dastanı yazıblar", - o bildirib.

Xəbər lenti